Intramural Mioma
Bütün miomaların yarandığı qat ‘miometrium’ qatıdır və onlar buradan böyüyərək digər qatlara təsir edir.


İntramural Mioma Nədir?
Bütün miomaların əmələ gəldiyi qat ‘miometrium’ qatıdır və buradan böyüyərək digər qatlara təsir edir. Uşaqlığın ən qalın qatı miometrium dediyimiz bu əzələ qatıdır. Əzələ qatının içərisində inkişaf edən miomalara ‘intramural miomalar’ deyilir (2,3,4,5 nömrəli miomalar). Bu miomalar kütlələri səbəbindən uşaqlığın daxili və xarici qatına təsir edə bilərlər. Bu ölçüyə və böyümə istiqamətinə görə də müxtəlif tiplərdə adlandırılır. Bu miomalar böyüdükcə uşaqlığın ölçüsünü də böyüdürlər. Çox böyüyərlərsə ‘nəhəng mioma’ olaraq adlandırılırlar. Bu miomalar əzələ qatının aybaşı dövründə effektiv şəkildə yığılmasına mane olaraq qanaxmaların uzun sürməsinə səbəb ola bilər. Korpus anterior mənşəli (uşaqlığın ön divarından qaynaqlanan) intramural miomalar ümumiyyətlə öndə sidik kisəsinə təzyiq edərək tez-tez sidiyə getməyə səbəb olurlar. Korpus posterior mənşəli (uşaqlığın arxa divarından qaynaqlanan) intramural miomalar isə arxada yoğun bağırsağa və düz bağırsağa təzyiq edərək qəbizliyə yol aça bilərlər. Bu intramural miomalar ölçülərinə və yerləşmə yerinə görə sonsuzluğa da yol aça bilərlər. Bu miomalar heç bir şikayətə yol açmırsa, müşahidə edilə bilərlər.