Endometrial Ablasiya
Həddindən artıq və uzunmüddətli aybaşı qanaxmalarında uşaqlığı qoruyaraq tətbiq edilən, histerektomiyaya alternativ müalicə üsulu.

Aybaşı dövrünə xas dəyişikliklər qadınların həyat rahatlığını nəzərəçarpacaq dərəcədə azalda və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir. Çox ağrılı və bol qanaxmalı aybaşı dövrlərinə malik olan qadınlar üçün tətbiq edilən ən effektiv müalicə üsullarının başında da endometrial ablasiya gəlir. Endometrial ablasiya həddindən artıq aybaşı qanaxması olan, aybaşı qanaxması 8 gündən çox davam edən, güclü qanaxma səbəbindən qansızlıq riski ilə üzləşən və uşaqlığın götürülməsi məqsədəuyğun olmayan qadınlara tətbiq edilən bir müalicə üsuludur. Bu üsulda uşaqlığın daxili qatı yandırılaraq məhv edilir. Uşaq sahibi olmaq istəyən və ya istəməyən, lakin güclü qanaxma problemi yaşayan qadınlarda histerektomiyaya alternativ olaraq tətbiq edilən bu üsuldan sonra pasiyentin uşaqlığı qorunur, cərrahi müdaxiləyə ehtiyac aradan qalxır.
Günümüzdə endometrial ablasiya müalicəsində ən az invaziv üsul/texnika olan transservikal endometrial ablasiya (TCEA) texnikasının istifadə olunduğu endometrial ablasiya sedasiya altında həyata keçirilir. Prosedur USM müşayiəti ilə nəzarətli şəkildə tamamlanır. 5 mm qalınlığa malik elektrod uşaqlıq yolundan uşaqlığa doğru yönəldilir. Bu mərhələdə pasiyentin ehtiyacına görə tam ablasiya və ya qismən ablasiya edilə bilər. Başqa sözlə, ablasiya sahəsi seçilə və menstruasiyaya nəzarət təmin edilə bilər. Texnika inkişaf etmiş istilik nəzarətinə malik olması ilə də üstünlüklərini artırır. Prosedur 5 dəqiqə kimi qısa bir müddətdə tamamlanır və prosedurdan sonra yan təsir və ya ağırlaşma riski minimal ölçüdə olur. Həddindən artıq aybaşı qanaxması olan pasiyentlərə tətbiq edilən digər müalicələrdən fərqli olaraq xəstəxanada yatmağı tələb etmir və klinikada 2 saatlıq müşahidədən sonra evə buraxılır.