Subseroz Mioma
Uşaqlığın ən xarici hissəsində müşahidə olunan və uşaqlıq səthindən kənara doğru böyümüş miomalara ‘subseroz miomalar’ deyilir (5-6 nömrəli miomalar


Subseroz Mioma Nədir?
Uşaqlığın ən xarici hissəsində müşahidə olunan və uşaqlıq səthindən kənara doğru böyümüş miomalara ‘subseroz miomalar’ deyilir (5-6 nömrəli miomalar). Bəzi miomalar nazik bir sap şəklində uşaqlığa bağlı olaraq izlənilir və bu miomalara ‘saplı subserozal mioma’ deyilir (7 nömrəli mioma). Subserozal miomalar uşaqlığın xaricinə doğru böyüyərək uşaqlığın xarici səthində qeyri-hamar bir görünüşə səbəb olarlarsa, ‘ekzofitik görünüşlü mioma’ olaraq adlandırılır. Bu miomalar ümumiyyətlə əlamət vermədən böyüyürlər və rutin ginekoloji müayinə zamanı aşkar edilirlər. Əgər qadın müntəzəm olaraq ginekoloji müayinədən keçmirsə və subseroz mioması varsa, bu miomalar çox böyüyür və qarında kütlə şəklində əllənir. Bu miomalar çox böyüyərlərsə ‘nəhəng mioma’ olaraq adlandırılır. Bu miomalar çox böyümürlərsə, ümumiyyətlə müşahidə edilirlər. Müşahidələrdə sürətli böyümə və ya miomada dəyişiklik aşkar edilərsə, cərrahi yolla çıxarılması lazımdır.