Submukoz Mioma
Uşaqlığın daxili qatında olan miomalar ‘submukoz miomalar’ olaraq adlandırılır (0,1,2 nömrəli miomalar).


Submukoz Mioma Nədir?
Uşaqlığın daxili qatında olan miomalar ‘submukoz miomalar’ olaraq adlandırılır (0,1,2 nömrəli miomalar). Bu miomalar uşaqlığın daxili qatının quruluşunda pozulmaya yol açaraq ümumiyyətlə aybaşı dövründə güclü və uzun qanaxmalara səbəb olurlar. Eyni zamanda hamilə qalmağa mane olan miomalar ümumiyyətlə submukoz miomalardır. Bu miomaların müalicəsi histeroskopik yolla uğurlu şəkildə həyata keçirilir.