Miomaların Cərrahi Müalicəsi
Miomaların qəti müalicəsi cərrahi yolla çıxarılmasıdır. Aparılacaq əməliyyat miomanın uşaqlığın hansı qatında olmasına və miomanın ölçüsünə görə müəyyən edilir.
Miomaların qəti müalicəsi cərrahi yolla çıxarılmasıdır. Aparılacaq əməliyyat miomanın uşaqlığın hansı qatında olmasına və miomanın ölçüsünə görə müəyyən edilir. Məsələn, mioma uşaqlığın daxili qatından qaynaqlanırsa və uşaqlıq yoluna doğru böyüyübsə, əməliyyatda mioma uşaqlıq yolundan çıxarılır. Yenə daxili qatdan qaynaqlanan submukoz miomalar histeroskopik yolla (uşaqlığın içərisinə kamera ilə daxil olmaqla) çıxarılır. Miomanın ölçüsünə görə submukoz miomalar bir histeroskopik seansda və ya bir neçə həftə aralıqla aparılan bir neçə seans müşayiəti ilə çıxarılır.
Əgər miomalar intramural və ya subserozdursa, laparoskopik, robot dəstəkli və ya açıq əməliyyatla çıxarılmalıdır. Günümüzdə laparoskopiyanın və robotun texnoloji baxımdan çox inkişaf etməsi səbəbindən təcrübəli cərrahlar mioma əməliyyatlarını ümumiyyətlə laparoskopik və ya robot dəstəkli həyata keçirirlər. Laparoskopiyanın açıq əməliyyatla müqayisədə üstünlükləri bunlardır: xəstəxanada daha qısa müddət qalmaq, əməliyyatdan sonra daha az ağrı olması, daha qısa müddətdə sağalma, gündəlik həyata daha tez qayıdış və daha az qan itkisi.
Robot isə laparoskopiyanın üstünlüklərinə əlavə olaraq daha yaxşı dərinlik hissi verməklə çətin miomaların daha rahat çıxarılmasını təmin edir. Günümüzdə çox böyük və çoxsaylı miomaların çıxarılması istisna olmaqla, laparoskopiya və robotda təcrübəli cərrahlar açıq əməliyyatı o qədər də üstün tutmurlar. Mioma əməliyyatlarının ən mühüm riski çıxarılan miomanın çıxarıldığı yerdən növbəti hamiləlik zamanı cırılmanın baş verməsidir. Bunun qarşısını almaq üçün mioma çıxarıldıqdan sonra mioma yatağının çox yaxşı tikilərək doldurulmasıdır. Buna görə də mioma əməliyyatının bu işdə təcrübəli cərrahlar tərəfindən aparılması lazımdır.
Miomalar əməliyyatdan sonra yenidən inkişaf edə bilərlər. Əgər pasiyentin uşaq istəyi yoxdursa, çoxsaylı və böyük ölçüdə miomaları varsa, mioma əməliyyatı zamanı qanaxma baş veribsə və ya mioma əməliyyatından sonra mioma təkrarlanıbsa, uşaqlığın götürülməsi əməliyyatı (histerektomiya) aparılır. Uşaqlıq götürüldükdən sonra miomalar bir daha təkrarlana bilməz və pasiyent qəti şəkildə müalicə olunmuş olur. Miomaların digər bir müalicəsi isə uşaqlığı qidalandıran damarların radioloji yolla bağlanmasıdır. Bu üsula ‘uterin arteriya embolizasiyası’ deyilir. Lakin bu üsul uşaq istəyi olan qadınlarda istifadə edilə bilməz.